Münasibət

Nəsr


 

 

◊ Kiçik həcmli hekayələr.

15.07.2010 13:38

Ölüm.

Bağban oğlu ilə bağda gəzirdi. Oğul kəsildikcə daha çox şöy verən qaratikan ağacına baxıb:

- Niyə yaxşı tez ölür! - dedi.

Bağban xeyli fikirə getdi.

- Oğul mənə o ağacdan armud qopart!

Oğul ağacdan iri, şirin, sulu bir armud dərdi.

- Buna görə oğlum. Yaxşı Əzrayıla da xoş gəlir!

Yetim.

Körpə qəmli, könülləri göynədən yanıqlı səslə ağlayırdı. Nənəsi nə qədər çalışsa da onu sakıtləşdirə bilmirdi. Birdən körpə balaca ayaqlarındakı-anası toxuduğu papışlara  qığıldanmağa, gülməyə başladı. Ana ruhu ilə, ilmələrə köçürdüyü məhəbbətilə körpəsini oxşadı.

            Əlacsızlıqdan nəvəsınə qoşulub ağlayan nənə:

            - Tanrı, heç bir körpəni yetim böyütmə!-dedi.

Pul.

 Ata ilə oğul çayın mənsəbində gəzirdi. Oğul çayın kənarında parıldayan bir daş gördü. Götürdü.

- Oğul, o briliyant daşdı. Çaya at! Suda saf görünməyinə baxma, adamlara bədbəxtlik gətirir. Qızıl miras maldı.Yiyəsinə qismət deyil!

- Ata, nə danışırsan! Güzaranımız düzələcək.

Oğul ataya qulaq asmadı. Var-dövlət ailəyə xoşbəxtlikdən çox bədbəxtlik gətirdi. Boşluqdan ailə üzvləri arasında haqq-nahaq söz-söhbət, narazılıq yarandı. Oğul içkiyə, qumara qurşandı. Bir gün bütün pulunu uduzdu. Onu sürüyüb çayın kənarına atdılar. Daşların üstündə xeyli yatdı. Ayıldıqda cibindəki sonuncu qəpiyi suya atdı. Həyatını dağıtmış parıldayan daşa da, pula da lənət oxudu!

Ölüm son deyil!

Yaşayıb yaradan insanın, mövcud olan varlığın izsiz-tozsuz yox olmasını heç vaxt qəbul etməmişəm. Hüzn yerində gördüyüm hadisədən sonra yanılmadığıma, insan ruhunun yaşadığına bir daha əmin oldum.

Beş yaşlı qız uşağı böyüklərə kömək edirdi. Yas mərasimində anasının yanında oturub ağladı. Nənəsini necə şox sevdiyindən danışdı.

Bir tanışı görüb:

- Yəqin qohumlarıdı. – dedim.

Qız narazı halda mənə baxdı.

- Qohumumuz yox, yaxınımızdı!

Uşağın sözündəki hikmətə heyran oldum. Bacarmadıqlarımı bacaran, dünyagörmüş böyük sözü danışan beş yaşlı uşaq ola bilərdimi!

Vəzifə.

 Kobudluğu savadsızlığından üstün olan direktor yoldaşları ilə yola gedə bilmədi. Özünü yüksək tutub kəndçilərə yuxarıdan aşağı baxdı. Dəyər-dəyməzinə satdığı mal-qaranın pulunu alar-almaz şəhərə üz tutdu. “Dostlarını” görüb məktəb direktoru keçdi. Elə ilk gün kollektivi tanımaq məqsədilə iclas çağırdı. Xəbərsiz muəllimlər gəlmədi. Hirsləndi. Özünü göstərmək istədi.

- Məktəbinizdə 150 baş muəllim var. İclasda heç 50 baş yoxdu. Yoxsa, siz də toyuq kimi günaşırı...

Heyvana bənzətmədən hirslənən müəllimlər yerbəyerdən dilləndilər. Dikertor yad kollektivdən ehtiyat etdi. Məktəbdən çıxdı.

- Nahaq yerə papağı günə yandırdım. Çox oxuyub müəllim olmaqdansa, az oxuyub kolxoz sədri olmaq yaxşıymiş. – Yadına düşdü ki quruluş dəyişirilib. Təəssüflə başını yellədi. – Axı mən də yaşamalıyam! Sağamsa muasir “kolxozda” yer tapacağam!



Baxış: 55


Şərh etmək üçün qeydiyyatdan keçmək lazımdı. Əgər qeydiyyatdan keçməmisinizsə, bunu edə bilərsiniz.
Ləqəb
Şifrə
Şifrəni unutmusunuz?     Qeydiyyat



Menyu

  ◊   Əsas səhifə
  ◊   Haqqımızda
  ◊   Keçidlər/link
  ◊   Xəbər / Yazı
  ◊   Bloqlar
  ◊   e-Kitabxana
  ◊   Reklam
  ◊   Forum
  ◊   Əlaqə

Ən çox oxunan bloqlar


GÜLCE EDEBİYAT AKIMI/ ŞİİR-HABER-AKTÜEL
gulceedebiyat.kitabxana.net (9162)
Bahar Turkel
baharturkel.kitabxana.net (8642)
Neyratron lahiyəsi
farhadgate.kitabxana.net (8403)
Münasibət
nuraz.kitabxana.net (6197)
yazaraz
yazaraz.kitabxana.net (4879)

Yeni xəbərlər


Hacı Zeynalabdin Tağıyevin ölümündən 86 il keçir. "Məni o kişinin ayağının altında dəfn edin!..." Rəşid Əliyev: "Azərbaycan insanlarına İrana getməməyi tövsiyə edirəm"
Aydın Xan: "Azərbaycanda əhalinin 12-18%-i kitab oxuyur". "Azərbaycanda fransalı kabus dolaşır! "... Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimi keçirilib. V.Yusifli. "Təsəvvüf... İrfan poeziyasi...Yunis İmrə..
Mais Əlizadə. "Orxan Pamukun yeni kitabı avqustun 26-dan satışda". Əsərdən parçalar. Səməd Vurğunu Yazıçılar İttifaqının katibi vəzifəsindən niyə çıxardılar? Həmid Herisçi. "HAUSXOFFERİN QÖVSÜ"
Hamlet İsaxanlı: "Təhsillə bağlı müxtəlif qüvvələr var və onlar da maraqlarını ortaq məxrəcə gətirə bilmirlər"

Yazılar / kitablar


"Azərbaycan etnoqrafiyası". Üç cilddə. II cild. Cilddə xalqımız çoxəsrlik tarixə malik yaşayış məskənləri və yaşayış evləri, geyim və bəzəkləri, yeməkləri və içkiləri, nəqliyyat vasitələri kimi maddi mədəniyyət sahələri əhatəli şəkildə öz ə
Müəllif: Bələdçi
"Tom Filippin axtarılması". Hekayə. İngilis dilindən birbaşa tərcümə. Çevirəni: Fərqanə Zülfüqarova...
Müəllif: Stən Barstou
"Sevənlərə məktub". Fəlsəfi pıçıltılar silsiləsindən I Kitab. Müasir Azərbaycanın tanınmış şair-publisistin bu kitabına seçilmiş lirik-ictimai, satirik şeirləri daxil edilib...
Müəllif: İskəndər Etibar
Əsərləri". Poetik nümunələr və mənzum hekayələrdən ibarət bu kitab şairin yeganə divanı əsasında çapa hazırlanıb.
Müəllif: Məhəmməd Əmani