Münasibət

Nəsr


 

 

◊ Narahat ruhlar (Fantastik povest).

26.06.2010 10:15

   Əbədi həyat povestinin qısa məzmunu.

           Narahat ruhlar "Əbədi həyat" fantastikasının ikinci hissəsidir. Əbədi həyatda Dağlıq Qarabağdakı bir kəndin erməni işğalçılarına qarşı mübarizəsi, ağır döyüş və onun acı nəticələri təsvir olunmuşdu.

            Qüvvələrin bərabər olmadığı döyüşdə tanq komandiri Elşad tanqda yanır. Qardaşı Rəşid ağır yaralanır. Ailə ölüsü tapılmayan qəhrəmanın külünü dəfn edir. Yaraları sağalan oğul ağır xəstəliyə tutulur. O, uzun illər əsəb xəstəliyindən əziyyət çəkərək dünyasını dəyişir. Üçüncü oğul isə ailənin narazılığına baxmayaraq xaricə getmək, tətsilini orada davam etdirmək istəyir.

            Ana oğlanlarının dərdinə dözmür. Xəstə düşür. Ağır günlərdə ailəyə Amerikada yaşayan qohumlardan şad xəbər gəlir. Səlimin xaricdə yaşayan qardaşı Elşadın xəstəxanada olduğunu bildirir.

            Elşad səma insanları tərəfindən xilas edilir. Uzun müddət huşsuz vəziyyətdə səmadakı dumanlığın üstündə yatır. Rəşidin ölümündən sonra ayılır. Elşad yenidən dünyaya gəlmiş qardaçı ilə gözəl bir məkanda görüşür. Qardaşının həyatını öyrənib doğmalarının yaşadığı planetə qayıdır. Səma insanları ona kömək edir. Onu estetik əməliyyat keçirmək üçün  Amerika xəstəxanalarından birində yerləşdirirlər. Ağır əməliyyatdan sonra, o, uzun müddət ayılmır. Burada tanış olduğu əmisi Elşadın sağ olduğunu ailəsinə bildirir.

            Səlim yoldaşı və kiçik oğlu ilə birlikdə Amerikaya gəlir. Elşad ailəsinin gəlişini hiss edib günü-gündən yaxşılaşır. Birgə keçirdikləri vaxt ərzində ailələr yaxınlaşırlar. Kiçik qardaşla əmiqızı arasında eşq məcarası başlayır...

                    *   *   *                                         *    *    *                                                *    *    *  

Narahat ruhlar.

            Maşın kəndə çatdıqda dan yeri sökülürdü. Gecənin qarası çökmüş dumanlıqlar ağarırdı.  Yerə yaxın olduğundan boyük və işıqlı görünən dan ulduzu səhərin nurunda başqa ulduzlar kimi gözdən itirdi. Az keçmış işığın əsl mənbəyi-Günəş göylərdə göründü. Saysız-hesabsız ulduzların bacarmadığını etdi. O sevərək cazibəsində saxladığı planetimizin ona baxan üzünə öz alovunu verdi. Digər tərəfə qaranlıq çökdü.

          Elşad səma insanına cevrilmiş qardaşını görmək ümidi ilə göyləri müşahidə etdi.Göylərdə qorxudan sarsılmış narahat ruhları gördü. Axırıncı dəfə döyüşdüyü döyüş səhnəsi gözləri önündə canlandı. Güllə və bombalardan od tutub yanan kəndi xatırladı. İnsanların vahıməli qışqırıq səslərini eşitdi.

            Özünə təsəlli verirmış kimi:

           - İşıq və qaranlıq təbiətin tarazlayıcılarıdırsa, xeyir və şərin, xoşbəxtlik və bədbəxtliyin bir məkanda mövcudluğu təbiətin qanunudur.-dedi.- Qəribədi! Hər şey nisbidi! Amansızlıqdı!

             Ata oğlunun sarsıldığını duydu.

            - Bala, üzümüzə səhər açılır! Daha talehimiz üzümüzə gülər...

            - İnşallah! - Zeynəb dərindən ah çəkdi. - Rəşidin də ruhu şad olar!

            Elşadın ölümü əfsanə, yaşaması möcüzə idi. Qayıdışı kəndə səs-küy saldı. Ailənin yaxınları ata ocağına toplaşıb səhərəcən onun yolunu gözlədilər. Evə səhər tezdən çatmış əfsanəni suala tutdular. O, dost-tanış ilə görüşüb başına gələnləri nəql etdi. Lakin, nə uzun illər yatdığı dumanlıqdan, nə də qardaşının yaşadığı cənnətəbənzər planetdən danışmadı. Yaxın vaxtlara qədər heç nə xatırlamadığını dedi. Amerikadan sonrakı hadisələri söylədi. Bu arada kənarda dayanıb baxan iki yeniyetmə oğlanın ona yaxınlaşmaq istədiyini hiss etdi.

             - Oğlanlarım olmalıdırlar! Necə də böyüyüblər! - Aralanıb uşaqların yanına getdi. - Mətin, Vüsal bu sizsiniz! Oğlanlarım!

             - Hə, ata! - Mətin atasını qucaqladı. - Mən Mətinəm. O, qardaşım Vüsaldı. Sən bizimçün həmişə var idin!

              - Sağ olun! Bilmirəm sizsiz necə yaşamışam.

              - Əsas odu ki, yaşamısız! Yanımıza qayıtmısız! - Vüsal dilləndi.

              - Qayitmaya bilməzdim. - Oğlunu başdan-ayağa süzdü. - Balaca dələduzum, heç dəyişməmisən. Nənənin tumanında gizlənirdin. İndi neynirsən?

              - Qızların arxasınca gəzir.

             - Ata, indi camaat tuman geyinmir. Hamı şalvardadı. Nənəm də çoxdan miniyə keçib.

             - Eləmi!

             - A bala, sarsaqlama! - Zeynəb nəvəsinə acıqlandı.

            Zeynəb 13 il əvvəl hərbiçilərin gətirdiyi külü oğlunun ölüsü kimi qəbul etmədi. "Oğlum bir qutu kül ola bilməz!" deyib yas mağarı qurmağa icazə vermədi. İndi isə Səlimin həyətində toy mağarı quruldu. Bir neçə gün şənlik oldu.

             Elşad şənlikdən sonra öz evinə getmək istədi.

           - Icazə versəydiniz öz evimizə köçərdik. Birazdan əmimgil də gələcək...

            - Getməsəydin yaxşıydı... - Zeynəb həsrətlə dilləndi.

            - Uzaq getmirəm. Yenə bir yerdə olacağıq.

            - Nə deyirəm, oğul! Özün bilən yaxşıdı. Bizi tez-tez yada salın! - Səlim nəvələrinin getməsini istəmirdi. - Onları aparmayın!

            - Yaxşı. - Leyla yoldaşının razı olmayacağından qorxub tez dilləndi. - Onsuzda onlar sizsiz durmurlar.

            - Əla! Biz onlarla gəzərik. -  Səlimin qardaşı qızı Əsli oğlanların qoluna girdi. -  Siz məni Azərbaycanda gəzdirərsiz. Mən də sizi Amerikaya apararam.

            - Oldu, gözəl xanım! - Vüsal Əslinin üzündən öpdü.

            - Artıq hərəkət olmaz.

            - Artıq niyə olur? Əminəvəsiyəm...

            - Dələduz. -  Vüsalın qolunu buraxdı.

            - Əmiqızı, incimə. Bu amerkanlardan geri qalan deyil.

            - Elşad, düz demirsən. Amerikada hamı eyni deyil. Mədəni adamlar salamı da müəyyən məsafədən verirlər. Sarsaq hər yerdə var. Vüsaldan inciməyə dəyməz...

            - Yaxşı, onda biz gedək!

            Elşadın isidə bilmədiyi ocağı tamam dəyişmişdı. Həyət, bağ-baxça tanınmaz olmuşdu. Ev təmir olunmuş, 13 il əvvəl əkilmış pöhrənlər böyümüş, baxça yaşa dolmuşdu.

            - Mənsiz çətin olub! - Elşad köksünü ötürdü. - Kişi kimi işləmisən! Hər yerdə zəhmətin görünür!

            - İşin öhdəsindən birtəhər gəlirdim. Evin ağırlığına dözə bilmirdim. Daimi çiyinlərimdə ağır yük daşıyırdım. Bu gün rahatam!

            - Tanrı böyükdü! O, belə istəyirmiş. - Leylanın əllərindən tutdu. Onun məhəbbət dolu qəlbini, titrək vicudunu hiss etmək istədi...

            - Bağışla, Elşad! Hislərim ölüb... Bütün məhəbbətimi oğlanlarıma vermişəm.

            - Səni əvvəlkindən də çox sevirəm! Mənə qarşı hislərini necə öldürə bilmisən!

            - O dərin hüznə çevrilib. Mənə vaxt ver. Əvvəlçə qəlbimi diriltməliyəm.

            - Ata, siz niyə çöldə əl-ələ tutub durmusunuz? - Vüsal idi. - Evə gəl! Sənə işlərimi göstərəcəyəm.

            - O nə işdi elə?

            - Şəkillərdi.

            - Oğlun fotoqrafdı. Şəkil çəkir.

            - Ehtiyatlı olun! Sizin də şəkilinizi çəkərəm. Ancaq, məni yalnız romantik anlar maraqlandırır.

            - A bala, deyəsən...

            Leylanın " Əhəmiyyət vermə!" deyən baxışlarını görüb susdu.

            - Bəyaq şəklinizi çəkmək istədim. Soyuqluq hiss etdim. İnşallah yenidən başlayarsınız, axıra qədər gedər.

            - Dərslərini necə oxuyursan?

            - Bu il orta məktəbi bitirib atestat almışam. Özümə görə oxuyuram. Çox oxumağa vaxtım şatmır.

            - Çatmaz...

            - Ata. Gəl çəkillərə bax.

            - Gətir.

            - Gətirmişəm, bilğisayardadır.

            - Bilgisayar nədi?

            - Kompüter.

            - Əvvəllər az-çox bilirdim. İndi heç nədən baçım çıxmır.

            - Eybi yox...

            Vüsal qovluqları açıb müxtəlif illərdə çəkilmiş şəkilləri göstərdi. Ata qəhərləndi, uşaqlarının zamanla necə böyüdüyünü xəyal edib fikrə daldı.

            Valeh Amerika səfərindən sonra xaric xülyasından əl çəkdi. Xaricdə təhsili distant-uzaqdan təhsillə əvəz etdi. Internetlə bir neçə nüfuzlu universitetlərə müraciət etdi. İşlərini göndərdi. İngilis elmi dilini yaxşı bilmədiyindən imtahanlara əmisi qizi-Əsli ilə birgə hazırlaşdı. İşlədikləri müdətdə daha yaxından tanış oldular. Hələ Amerikada olarkən aralarında yaranmış hislər dərinləşdi. İş həlledici məqama çatdıqda Valeh qızdan ayrılmamaq üçün universitetdə əyani oxumaq qərarına gəldi. Ailənin narazılığına baxmayaraq Amerikada dokturanturaya əyani qəbul oldu.

             Dərslərin başlamasına hələ vardı. Əsli Amerikaya qayıtmaq istəyini bildirib çantasını yığmaq məqsədilə otağına keçdi. Qəfil qərar Valehi sarsıtdı. O, hislərini gizlətməyib həyəcanlı halda qızın arxasınca getd

            - Hələ qala bilərsiniz! Gəzərdik! Niyə gedirsiniz? Mənə xeyli kömək etdiniz. Təşəkkür etməyə vaxt tapmadım.

            - Tapmazsınız... Sizi yalnız kitablar, oxumaq maraqlandırır. Məni görmürsünüz!

            - Haqsızsan, əmiqızı! Sənə qarşı hislərimi özün yaxşı bilirsən.

            - Bildiyim, gördüyüm, eşitdiyim yalnız rəsmi münasibətlərdi. Amerikada belə deyildiniz. Məni sevdiyinizi güman edirdim!

            - Əsli, əmim səni bizə etibar etdi, qonağımızsan. Sənə başqa gözlə baxa bilmərəm!

            - Sevgidə nə göz!

            Valeh qızın qarşısında kiçildiyini hiss etdi. Bu iki fərqli mədəniyyətin uyuşmazlığı idi. Hörməti Amerika mədəniyyətinin təsiri altında böyümüş qız cəsarətsizlik kimi qiymətləndirirdi.

            - Əsli, səni sevdiyimi bilərək gedəcəksən!

            Qız çoxdan gözlədiyi etirafı eşitdiyinə sevindi.

            - Baxarıq! Hər şey səndən asılıdı. Baba yurdum gözəldi. Onu əsasən sənə görə sevdim!

            Valeh sevgisini itirəcəyindən qorxurmuş kimi qızı qucaqladı. Onu etirasla öpdü. Ağılını itirdiyi məqamda Rəşidin səsini eşitdi.

            - Valeh!!!

            Rəşidin səsi onu silkələdi. Şillə kimi üzünə çırpıldı. Qızı buraxıb kəra çəkildi.

            - Bağışla, hislərimi cilovlayammadım! Buna görə sənə yaxınlaşmırdım.

            - Bura sənə görə gəldim. İlk baxışdan vurulmuşdum!

            Valeh özü də bilmədən gözlənilməz təklif etdi.

            - Səninlə evlənmək istərdim!

            - Xoşbəxt olaram!

            - Valideyinlərimizlə danışaq. - Ailə qurmaq üçün münasib vaxt olmadığını fikirləşdi. - Təhsilimiz mane olacaq. Hər ikimiz tələbəyik.

            - Çətinlik olmaz! Amerikada yaşamaq asandı. Əsas hislərimizdi.

            - Yaxşı, əzizim, hislərimə şübhəm yoxdu.

            Əsli eşq haqqında oxuduğu mülahizələri xatırladı.

            - Valeh, eşq haqqında elmi arşdırmalar var. London universitetinin nevroloq professoru eşqi müalicəyə ehtiyacı olmayan xəstəlik adlandırır.

            - Yoxsa, həkimləriniz müalicə üçün resept tapıblar?!

            İncik halda:

            - Yox, sevinmə! - söylədi. - Onların fikrincə eşq arzuolunan xəstəlikdi. Ancaq, ən çoxu üç il ömrü olur.

            - Saq ol! Yaxşı proqnoz verirsən!

            - Proqnozu alimlər verib. Mən hələ tələbəyəm. Onların fikfincə aşiqliyin böyük faydası var. Aşiqlərin orqanizmi sağlam, dözümlü, gümrah, xəstəliyə qarşı mübariz olur. İnsan qarşı cinsə vurulduqda orqanizmdə domafon adlanan maddə ayrılır. Həmin maddə bədən narkotikin təsiri altında olduğu zaman da yaranır. Şüura təsir edir. Məhəbbət insanı vəsvəsəli hala gətirir. Ona görə insan eşqi uzun müddət yaşaya bilmi

           - Sən hislərimizi belə qiymətləndirirsən?! Zamanla hər şey bitəcək!

            - Məni səhv başa düşmə. – Qızardı. – Elm belə deyir!

            - Elm yanıla bilər. Bizdə ailələr bir ömür yaşayırlar. Üç ilə sönəcək eşq kimə gərəkdi!

            - Mən eşqdən danışıram. Amerikada da uzun ömürlü ailələr var. Adətən, qırılmaz ailə bağları tərəfləri ömürlük bağlayır.

            - Nə isə...

            Onlar ailələrindən xəbərsiz evlənmək qərarına gəldilər. Valeh universitetdə oxuyan qardaşı oğluna baş çəkməyi bəhanə edib Bakıya getdi. Əsli də ona qoşuldu. Bir neçə günə sənədləri hazırladılar. Nicaha daxil oldular. Ailələr gizli evliliyi normal qarşılamadılar. Gənclər məhəbbətdə məsafəni nəzərə almadılar. Böyüklər övladlarının gələcəyindən qorxdular.

            Gənclər dərslər başlayanacan Bakıda qaldılar. Mətin ağabacısını şəhərlə tanış etdi. Bütün günü gəzdilər, günortalar yeməkxanalarda nahar etdilər. Valeh yoldaşının bəzi hərəkətlərini yüngüllük hesab etsə də üzünə vurmadı. Susdu.

                                  

                                       * * *                                                        * * *

 

            Vusal orta məktəbi aşağı qiymətlərlə bitirdi. Kompüter oyunlarından, qlobal şəbəkələrdən ayrıla bilmədiyindən imtahanlara da yaxşı hazırlaşmadı. Az bal topladı. Məğlubiyyəti və atasının danlağı onu həyatdan küsdürdü. Real həyatdan uzaqlaşıb virtual aləmə qapıldı. Burada özünü fərqli göstərdi, ağıllı sözləri, baxımlı fotoları ilə tanışlar axtardı. Qızlara olan marağını burada da gizlədə bilmədi. Dostlarla şirin söhbət etdi. Bir gün yenicə taniş olduğu dostun söhbətləri onu çox uzaqlara apardı. O, istəmədən virtual qız dostuna vuruldu. Bakıda yaşadığını öyrəndi. Nənəsini dilə tutub şəhərə apamaq, oğlu Valehlə barişdırmaq istədi.

            - Nənəcan, əl-ayağı tutan şəhərə qaqçır. Kənddə sənlə-mən qalmışam. Gəlsənə şəhərdəkilərin dərsini verək.

            - Kimin!

            - Kim olacaq? Xəbərsiz evlənənləri deyirəm.

            - Babanı evdə tək qoyammaram.

            - Narahat olma, tək qalmaz.- Nənəsinin tərs-tərs baxdığını görüb sözünü dəyişdi. – Yəni, babamın oğlu, gəlini yanındadı. Gəl səni qaçqın oğlunun yanına aparım.

            - Düz danış!

            - Nə deyirəm ki! Sənsiz məni Bakıda qəbul etməyəcəklər. İnternetdə bir qıza vurulmuşam. Görməsəm ölərəm!

            - Sənin ölmədiyin qız qalmadı. Dələduz, heç düzələn deyilsən! Axmaqlığın ucbatından imtahandan da keçmədin.

 

Ardı var.



Baxış: 64


Şərh etmək üçün qeydiyyatdan keçmək lazımdı. Əgər qeydiyyatdan keçməmisinizsə, bunu edə bilərsiniz.
Ləqəb
Şifrə
Şifrəni unutmusunuz?     Qeydiyyat



Menyu

  ◊   Əsas səhifə
  ◊   Haqqımızda
  ◊   Keçidlər/link
  ◊   Xəbər / Yazı
  ◊   Bloqlar
  ◊   e-Kitabxana
  ◊   Reklam
  ◊   Forum
  ◊   Əlaqə

Ən çox oxunan bloqlar


GÜLCE EDEBİYAT AKIMI/ ŞİİR-HABER-AKTÜEL
gulceedebiyat.kitabxana.net (9162)
Bahar Turkel
baharturkel.kitabxana.net (8644)
Neyratron lahiyəsi
farhadgate.kitabxana.net (8404)
Münasibət
nuraz.kitabxana.net (6197)
yazaraz
yazaraz.kitabxana.net (4879)

Yeni xəbərlər


Hacı Zeynalabdin Tağıyevin ölümündən 86 il keçir. "Məni o kişinin ayağının altında dəfn edin!..." Rəşid Əliyev: "Azərbaycan insanlarına İrana getməməyi tövsiyə edirəm"
Aydın Xan: "Azərbaycanda əhalinin 12-18%-i kitab oxuyur". "Azərbaycanda fransalı kabus dolaşır! "... Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimi keçirilib. V.Yusifli. "Təsəvvüf... İrfan poeziyasi...Yunis İmrə..
Mais Əlizadə. "Orxan Pamukun yeni kitabı avqustun 26-dan satışda". Əsərdən parçalar. Səməd Vurğunu Yazıçılar İttifaqının katibi vəzifəsindən niyə çıxardılar? Həmid Herisçi. "HAUSXOFFERİN QÖVSÜ"
Hamlet İsaxanlı: "Təhsillə bağlı müxtəlif qüvvələr var və onlar da maraqlarını ortaq məxrəcə gətirə bilmirlər"

Yazılar / kitablar


"Azərbaycan etnoqrafiyası". Üç cilddə. II cild. Cilddə xalqımız çoxəsrlik tarixə malik yaşayış məskənləri və yaşayış evləri, geyim və bəzəkləri, yeməkləri və içkiləri, nəqliyyat vasitələri kimi maddi mədəniyyət sahələri əhatəli şəkildə öz ə
Müəllif: Bələdçi
"Tom Filippin axtarılması". Hekayə. İngilis dilindən birbaşa tərcümə. Çevirəni: Fərqanə Zülfüqarova...
Müəllif: Stən Barstou
"Sevənlərə məktub". Fəlsəfi pıçıltılar silsiləsindən I Kitab. Müasir Azərbaycanın tanınmış şair-publisistin bu kitabına seçilmiş lirik-ictimai, satirik şeirləri daxil edilib...
Müəllif: İskəndər Etibar
Əsərləri". Poetik nümunələr və mənzum hekayələrdən ibarət bu kitab şairin yeganə divanı əsasında çapa hazırlanıb.
Müəllif: Məhəmməd Əmani