| 13.06.2010 10:18 |
|
Göyərçin günəşin şəfəqlərilə oynayaraq səmada süzürdü. O, aşağı enib qoca palıd ağacının ətrafında dövrə vurdu. Yaşıl yarpaqların arasından kecərək budağa qonmaq istədi. Gövdəyə yaxınlaşdıqda ağacın koğuşunda böyük bir bayquş gördü. Qorxusundan yerində qanad çala-çala durdu.
Ağayana oturmuş bayquş ağır-ağir gözlərini açdı.
- Qorxma bizlər qonağa toxunmuruq. - Əyri dimdiyini şaqqıldatdı. - Ac olsam da səni yeməyəcəyəm. Yaxın gəl!
Göyərçin dinməzcə budağa qondu. Ürəyində özünü danladı.
- Mənim ağacda nə işim vardı! Niyə bağçaları, həyətləri qoyub buraya gəldim!
Bayquş onun fikrini oxuyurmuş kimi:
- Gəldiyinə peşman oldun? - dedi. - Sənin gəzdiyin yerlər mənimçün yaddı. Rahatlığı, tənhalığı xoşlayıram...
- Nahaq yerə bayquş deyilsınız ki! Məskəniniz xarabalıqlardı...
Göyərçinin cəsarəti bayquşun xoşuna gəldi.
- Biz bəy quşlarıq! Özümüzü gözə soxmadan bir kənara çəkilib təbiətə və insanlara xidmət edirik! - Göyərçini tərs-tərs süzdü. - Hirsli vaxtıma düşsəydi boğazını üzərdim. Bil ki, xarabalıqlarda siçan və siçovul çox olduğu üçün yaşayıram. Onlar mənim əsas qidamdı. Xarabalıqlar olmasa qidamı dəyişər, lazım olsa onu başqa yerdə axtararam. Bir də xarabalığı mən yaratmıram ki!
- Arzulayırsınız...
- Səhvin var! Biz ekoloji tarazlığı qoruyuruq. - Bayquş xeyli fikrə getdi. - Yaxşı, sözlərimin doğruluğunu sübut edəcəyəm! Mən ən böyük bayquşam. Bütün bayquşlara adi quşlar kimi yaşamağı əmr edəcəyəm! Onsuz da 189-dan artıq olan növlərimizin hamısı gecə həyatı keçirmir.
Bayquşlar adi quşlar kimi yaşamağa başladılar. Onların diskvari tüklü sifətləri və alınlarındakı iri gözləri insanları qorxutdu. İnsanlar bədbəxtlik baş verəcəyindən ehtiyat edib həyətlərə duz-çörək qoydular. Bədbəxtliyi özlərindən uzaqlaşdırmaq istədilər.
Bayquşlar çətinliklə adi həyata alışdılar. Onlar gündüzlər quşlar kimi görmə qabiliyyətinə malik idilər. Gecələr isə göyərçindən 100 dəfə artıq görürdülər. Gecələr ov etmədiklərindən qidaları xeyli azldı. Yem azlığı onların nəsil verməsinə təsir etdi.
Bayquşların sayı azaldıqca xarabalıqların sayı artdı. Yer kürəsini bürüyən çəkişmələr, müharibələr və təbii fəlakətlər ölkələri xarabalığa çevirdi. Xarabalıqlarda yaşayan gəmiricilərin sayı artdı. Onlar zəmilərə, tarlalara, əkin sahələrinə və ümumiyyətlə, yaşıllıqlara ziyan vurdular. Təbiət məhv olmaq təhlükəsi ilə üzləşdi. İnsanlar aclıq və xəstəlikdən əziyyət çəkdilər.
Vəziyyətin gərginləşdiyini görən göyərçin ağacda rastlaşdığı bayquşu axtardı. Onu dəniz kənarında tapdı. Yaxınlaşmağa cəsarət etmədi.
- Qorxma, yaxın gəl!
- Elə bildim məni görmədiniz. Dənizə baxırdınız...
- Başım 360 dərəcəlik bucaq altında dönür. Səni uzaqdan görmüşdüm. Nə demək istəyirsən?
- O vaxtkı sözlərimə görə peşmanam. Siz bayquşların bəyliyini o vaxt başa düşmədim.
- Təəssüf... Axı mən ekoloji tarazlığı qoruduğumuzu demişdim. Yaradan özü hər şeyi çox dəqiqliklə hesablayıb. Biz nəyisə dəyişdikdə təbii tarazlığı pozmuş oluruq.
- Nəticədə xarabalıqlar çoxalır. - Göyərçin əlavə etdi.
- Xarabalıqları əsasən adamlar yaradır!
- Bəs təbii fəlakətlər!
- O da adamların günahı ucbatından yaranır. Hərə dünyaya bir cür "bostan" əkmək istəyir.
Bu vaxt qeybdən səs gəldi.
- Ey yaradılmışlar, dünyaya "bostan" əkməyin! Dünya özü "bostan" əkən dünyadı!
Səs quşları vahiməyə saldı. Onlar qorxmuş halda səmaya qalxdılar. Göyərçin insanların yanına qayıtdı. Bayquş xarabalığa üz tutdu.
Nurlan Quliyeva
|
|
Комментарии пользователей
Что бы иметь возможность оставлять комментарии вы должны пройти авторизацию. Если вы еще не зарегистрированы на сайта, то вы легко можете это сделать тут.
|
|
Больше читаемые блоги
yazaraz
yazaraz.kitabxana.net (4880)
Статьи / книги

Автор: Гид
| 
Автор: Stən Barstou
| 
Автор: İskəndər Etibar
| 
Автор: Могаммед Амани
|
|