Münasibət

Nəsr


 

 

◊ Daxilimdəki mən (Hekayə).

30.05.2010 16:46

      Günəşli yaz günü idi. Bağ-bağça gül-çiçəyə qərq olmuşdu. Quşlar oxuyur, çiçəklər ətrafa ətir saçırdı. Qəflətən güclü yağış yağmağa başladı. Yağış gün yağışı idi. Az keçmış kəsdi. Səmada yeddi rənğə çalan göy qurşağı yarandı.

      Mənzərəyə baxaraq fikirləşdim:

      - Ağın bu qədər üzü varsa, görəsən qaranın neçə üzü var!

      Daxilimdən bir səs:

      - Qara elə qaradı! - dedi.

      Öz-özümə danışırmış kimi:

      - Qəlbimdən qara qanlar axır! - dedim.

      - Ay oğul, niyə elə deyirsən? - Anam idi. - Qəlbinə nə olub!

      - Ana, nə vaxt gəldin!

      - İndi gəlmişəm. Qardaşın yazıq çoxdan torpaq olub. Yalandan daşın yanında niyə duraydım! Otağında onun xəyalları ilə yaşamaq mənimçün daha çanlıdı!

      - Ana, qardaşımı xatırladıqça qəlbim parçalanır. Onu ölümün pəncəsindən qurtara bilmədim!

      - Sən hər şey etdin. Müalicəyə dünyanın pulunu tökdün. Həyatı isə pulla satın almaq mümkün deyil!

      Həyatımı dəyişib ruhumu öldürmüş pullara nifrət etdim. Nəzərlərimi heç xoşlamadığım gül-çiçəkdən çəkib yazı masasının kənarında oturdum. On beş il əvvəl özümə verdiyim vədə xələf çıxıb qəlbimin səsinə qulaq asaraq nəsə yazmağa başladım.

      Xəyalımdan o vaxtlar baş vermış hadisələr keçdi.

      - Azad, oğlum, bu nə işdi tapmısan? Vaxtını keçirirsən... - Atam əsəbi olsa da mənimlə mülayim danışmağa çalışırdı. - Səni oxutmuşam, təhsil vermişəm. Yaxşı ixtisasın var. Bir neçə il müəllim işlədikdən sonra iqtisadiyyatın müxtəlif sahələrində işləyə bilərsən.

      - Ata, yazılarımın ixtisasıma nə dəxli var!

      - Vaxtını alır, səni dəyişdirir. Bu işdən əl çək.

      Atama böyük hörmətim vardı. Bu dəfə onun sözünə qulaq asmadım. Pedaqoji universitetin riyaziyyat və informatika fakultəsini bitirmişdim. Məni riyaziyyatçı görmək atamın arzusu idi. Mən də ixtisasımdakı dəqiqliyi çox xoşlayırdım. İşimlə arzularım bir-birinə mane olmurdular.

      Arzularım bəzən reallıqdan uzaq olurdu. Yazıçı dostlarım bu nöqsanımı mənə tez-tez deyirdilər.

      - Sən özünçün bir dünya yaratmısan! O dünyada yaşayırsan. Yen real dünyaya!

      Real dünyanı həyatda görürdüm. Nə fikirlərin, nə də əməllərimlə o dünyaya qarışmaq istəmirdim. Həyatda çoxüzlü adamlarla tez-tez qarşılaşırdım. Yaradıcı adamları Tanrının istəklisi qəbul edib onların səmimi olacaqlarını güman edirdim. Vaxt keçdikcə bəzi adamlar haqqında yanıldığımı gördüm. Olduğu kimi görünmək istəməyən adamlarla əlaqə saxlamaq məni tez bezdirdi. Ətrafımdakıların daxili aləmlərini gördüyümdən onların sözlərinə inanmadım. Zahirən gözəl görünən bəzi adamların çirkin mənəviyyatı mənə pis təsir etdi.

       Həyatda hər şeyi pul həll etdiyini bildikdə ideyalarımdan əl çəkdim. Daxilimdəki hislərə-mənə qalib gəldim. Pul qazanmaqçün mənim öz işim vardı. Pula və şöhrətə görə kiminsə qarşısında alçala, dəyişə bilməzdim. Atamın istədiyi kimi bir müddət müəllim, sonra isə iqtisadiyyatın müxtəlif sahələrində işlədim. Lazım olan qədər pul topladım. Daxilimdəki mən mənə imkan versəydi daha çox qazana bilərdim. Ancaq, pul mənə məimçün əziz olan adamın həyatını xilas etməyə kömək etmədi. Həyat gözümdən düşdü. Fikirlərimi heş kiminlə bölə bilmədim, tək qaldım. Bu vaxt xəyallarım mənə kömək etdi. Daxilimdə öldürdüyüm mən dirildi. Məni sadəcə dinləyərək xoşbəxt etdi. Ötən illəri yaşamadığımı, süründüyümü hiss etdim.

      Hislərimi köçürdüyüm hekayəmi tamamlayıb pəncərənin qarşısına keçdim. Təbiət gözümdə dəyişdi. Gül-çiçək sanki, dil açıb mənimlə danışdı. Onların gözəlliyinə heyran oldum.

      - Sizləri sevməmişəmsə, yaşamamışam! - Dərindən nəfəs alıb güllərin ətrini ciyərlərimə çəkdim. Daxilimdəki mənə görə Tanrıya təşəkkür etdim!

Quliyeva Nurlan.



Baxış: 89


Şərh etmək üçün qeydiyyatdan keçmək lazımdı. Əgər qeydiyyatdan keçməmisinizsə, bunu edə bilərsiniz.
Ləqəb
Şifrə
Şifrəni unutmusunuz?     Qeydiyyat



Menyu

  ◊   Əsas səhifə
  ◊   Haqqımızda
  ◊   Keçidlər/link
  ◊   Xəbər / Yazı
  ◊   Bloqlar
  ◊   e-Kitabxana
  ◊   Reklam
  ◊   Forum
  ◊   Əlaqə

Ən çox oxunan bloqlar


GÜLCE EDEBİYAT AKIMI/ ŞİİR-HABER-AKTÜEL
gulceedebiyat.kitabxana.net (9162)
Bahar Turkel
baharturkel.kitabxana.net (8642)
Neyratron lahiyəsi
farhadgate.kitabxana.net (8403)
Münasibət
nuraz.kitabxana.net (6197)
yazaraz
yazaraz.kitabxana.net (4879)

Yeni xəbərlər


Hacı Zeynalabdin Tağıyevin ölümündən 86 il keçir. "Məni o kişinin ayağının altında dəfn edin!..." Rəşid Əliyev: "Azərbaycan insanlarına İrana getməməyi tövsiyə edirəm"
Aydın Xan: "Azərbaycanda əhalinin 12-18%-i kitab oxuyur". "Azərbaycanda fransalı kabus dolaşır! "... Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimi keçirilib. V.Yusifli. "Təsəvvüf... İrfan poeziyasi...Yunis İmrə..
Mais Əlizadə. "Orxan Pamukun yeni kitabı avqustun 26-dan satışda". Əsərdən parçalar. Səməd Vurğunu Yazıçılar İttifaqının katibi vəzifəsindən niyə çıxardılar? Həmid Herisçi. "HAUSXOFFERİN QÖVSÜ"
Hamlet İsaxanlı: "Təhsillə bağlı müxtəlif qüvvələr var və onlar da maraqlarını ortaq məxrəcə gətirə bilmirlər"

Yazılar / kitablar


"Azərbaycan etnoqrafiyası". Üç cilddə. II cild. Cilddə xalqımız çoxəsrlik tarixə malik yaşayış məskənləri və yaşayış evləri, geyim və bəzəkləri, yeməkləri və içkiləri, nəqliyyat vasitələri kimi maddi mədəniyyət sahələri əhatəli şəkildə öz ə
Müəllif: Bələdçi
"Tom Filippin axtarılması". Hekayə. İngilis dilindən birbaşa tərcümə. Çevirəni: Fərqanə Zülfüqarova...
Müəllif: Stən Barstou
"Sevənlərə məktub". Fəlsəfi pıçıltılar silsiləsindən I Kitab. Müasir Azərbaycanın tanınmış şair-publisistin bu kitabına seçilmiş lirik-ictimai, satirik şeirləri daxil edilib...
Müəllif: İskəndər Etibar
Əsərləri". Poetik nümunələr və mənzum hekayələrdən ibarət bu kitab şairin yeganə divanı əsasında çapa hazırlanıb.
Müəllif: Məhəmməd Əmani