Münasibət

Nəsr


 

 

◊ Görüş (Hekayə).

24.05.2010 22:43

    Günəş uca dağların arxasına keçərək gözdən itdi. Onun şəfəqləri üfüqü qırmızımtıl rəngə boyadı. Ağ dumanlıqlar üfüqü özündə əks etdirərək səmada bənzərsiz mənzərə yaratdı. Rənglərin görüşü göyləri canlandırdı.

    Bu mənzərəni müşahidə edərək xəyallara daldım. Günəşin doğuşu kimi batışının da cazibədar olması məni heyran etdi. Birdən telefon zəng çaldı. Qardaşım idi. Səsi həyacandan titrəyirdi.

   - Bacı, sənə ehtiyacım var!

    Özümü pis hiss etdim. Nə olduğunu bilməsəm də onun yanında olmadığımçün özümü qınadım.

    - Nə olub!

    - Bu gün anamızı Bakıya-xəstəxanaya yazdılar. Getmək istəmir, evdə kürlük edir. Gəl danış. Bəlkə, səni eşitdi.

    Qocalığın ikinci uşaqlıq olduğunu çox eşitmişdim. İnanmamışdım. Deyilənlərin həqiqət olduğunu gördükcə bəzən nə edəcəyimi bilmirdim. Həmışə düzgün hərəkət etməsəm də səmimi olmağa çalışırdım.

    - Yaxşı, gəlirəm. Sən mənimlə danışdığını evdə demə.

    - Bacı, gör nə edirsən! Sən mənim həm qardaşım, həm də bacımsan! Kömək et!

    Nə edəcəyimi bilmirdim. Anam qardaşımı çox istəyirdi. Onu eşitməmişdirsə, məni də eşitməyəcəkdi. Bu yerdə yalnız yalan söyləmək lazım idi. Atamla danışıb Bakıda işim olduğunu, axşam yola çıxacağımı bildirdim. Telefonda anamın səsini eşitdim.

    - O, qız kimlə gedir?

    - Heç kimlə. Tələsik oldu. Kiməsə deməyə vaxt tapmadım.

    - Gəl mənimlə gedək!

    Bu sözləri gözləyirdim. Bakıda onu yola gətirib həkimə aparacağıma ümid edirdim. Axşam Gəncədən qatarla yola düşdük. Yalanın mənə baha başa gələcəyini bilirdim. Ona görə də, sıxıldığımdan onun yerini rahatlayıb kupedən çıxdım. Pəncərənin qarşısında mənə oxşayan orta yaşlı kişi gördüm.

    Kişi çaşqınlığımı görüb:

    - Sizə kömək lazımdırmı! - dedi.

    - Yox, sağ olun!

    Qatarda anama həqiqəti dedim. Acığı tutdu. Məni xeyli danladı. Ancaq, daha iş-işdən keçmişdi. Geriyə qayıda bilməzdik.

    Səhər tezdən Bakıya çatdıq. Şəhər on beş il əvvəl gördüyüm şəhər deyildi. Dəyişmiş, gözəlləşmişdi. Gedəcəyimiz xəstəxananı birtəhər tapdım. Xəstəxanada bizi yaxşı qarşıladılar, yüksək səviyyədə qulluq etdilər. Kollektivdəki mehribançılığa və işgüzarlığa heyran oldum. Arada qatarda gördüyüm adamla rastlaşdım. Həkim idi. Zənnimcə bu xəstəxanada işləyirdi. Kömək etməyi təklif etdi. Razı olmadım. Xəstəxanadan çıxacağımız gün mənə yaxınlaşdı.

    - Bacı, gedirsiniz... Kim olduğunuzu bilənmədim! İcazə versəydiniz ananızla görüşərdim.

    İlk görüşdən aramızda qeyri-adi doğmalıq hiss etmişdim. Onun kim olduğunu bilmək mənimçün də maraqlı idi. Razılaşdım.

    Anam bizi gördükdə sevincək çarpayıdan durub onu qucaqladı.

    - Şahin, oğlum, nə yaxşı gəldin! Xeyli vaxtdı səni görmürəm. Artıq mən qocalmışam, sən də yaşa dolmusan!

    Şahin anamın əllərindən öpdü. Gözləri yaşla doldu.

    - Sizi doğma anam kimi sevirəm. Burada olduğunuzu bilmirdim. - Mənə baxdı. Onu baxışlarından tanıdım. Uşaqlıqda hamıdan çox istədiyim əmim oğlu idi. - Əmim necədi!

    - Yaxşıdı, sağ ol! Bizləri tamam unutmusan... Qardaşların da şikayət edir.

    - İşim çox olur. Vaxt tapa bilmirəm.

    - Doğmaların üçün həmişə vaxtın olmalıdı!

    - Bilirəm... Rəhmətlik anamın xəstə vaxtlarında yanında olmadım! Ona köməyim dəymədi. Ömrüm boyu peşmançılıq çəkdim. Bu gün bir az rahatladım...

    Pullu xəstəxanada bir çox xidmətlərin nədən pulsuz olduğunu indi başa düşdüm. Hesabları ,o, ödəyibmiş.

    Anam:

    - Qocalara var-dövlət lazım deyil, oğul! - dedi. - Biz sizdən diqqət gözləyirik!

    Əmim oğlu başını aşağı saldı. Dinmədi.

    - Ana, biz təsadüfən qarşılaşdıq.

    - Qızım, təsadüf də zərurətdən doğur!

    - Əmiqızı, yığışın bizə gedək! - Xalatını soyunub bizimlə getməyə hazırlaşdı.

    - Yox, artıq gecdi. Getməliyik.

    - Gec olmaz!

    O, sözündən dönməyib bizi evinə apardı. Ailəsi ilə tanış etdi. Xoşxasiyyət həyat yoldaşı, muasir uşaqları vardı. Axşama qədər bir yerdə olduq. Ayrıldıqda vaxtın tez çatmasına, itirdiyimiz illərə heyfsləndik.

    Gedərkən məni narahat edən fikirləri ona da söylədim.

    - Əmioğlu, biz bu gün bir-birimizi tanımırıqsda, sabah uşaqlarımız tamam yadlaşacaqlar!

    - Günahkarıq! Nə qədər sağıq, çalışaq səhvlərimizi düzəldək! Həyatda çırpınırıq. Bir gün də sönüb gedəcəyik. Uşaqlarımızı onlar üçün yaratdığımız zülmətdə tək qoyacağıq.

    Xəyallarımda batan günəşin səmada yaratdığı mənzərə canlandı.

    - İnsan həyatın günəşidi! Günəşin səmadakı parlaq izi kimi insanın da həyatda izi olmalıdı!

     - Tanrı köməyiniz olsun! - Anam idi.

        Quliyeva Nurlan



Baxış: 105


Şərh etmək üçün qeydiyyatdan keçmək lazımdı. Əgər qeydiyyatdan keçməmisinizsə, bunu edə bilərsiniz.
Ləqəb
Şifrə
Şifrəni unutmusunuz?     Qeydiyyat



Menyu

  ◊   Əsas səhifə
  ◊   Haqqımızda
  ◊   Keçidlər/link
  ◊   Xəbər / Yazı
  ◊   Bloqlar
  ◊   e-Kitabxana
  ◊   Reklam
  ◊   Forum
  ◊   Əlaqə

Ən çox oxunan bloqlar


GÜLCE EDEBİYAT AKIMI/ ŞİİR-HABER-AKTÜEL
gulceedebiyat.kitabxana.net (9387)
Bahar Turkel
baharturkel.kitabxana.net (8911)
Neyratron lahiyəsi
farhadgate.kitabxana.net (8586)
Münasibət
nuraz.kitabxana.net (6299)
yazaraz
yazaraz.kitabxana.net (4946)

Yeni xəbərlər


Hacı Zeynalabdin Tağıyevin ölümündən 86 il keçir. "Məni o kişinin ayağının altında dəfn edin!..." Rəşid Əliyev: "Azərbaycan insanlarına İrana getməməyi tövsiyə edirəm"
Aydın Xan: "Azərbaycanda əhalinin 12-18%-i kitab oxuyur". "Azərbaycanda fransalı kabus dolaşır! "... Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimi keçirilib. V.Yusifli. "Təsəvvüf... İrfan poeziyasi...Yunis İmrə..
Mais Əlizadə. "Orxan Pamukun yeni kitabı avqustun 26-dan satışda". Əsərdən parçalar. Səməd Vurğunu Yazıçılar İttifaqının katibi vəzifəsindən niyə çıxardılar? Həmid Herisçi. "HAUSXOFFERİN QÖVSÜ"
Hamlet İsaxanlı: "Təhsillə bağlı müxtəlif qüvvələr var və onlar da maraqlarını ortaq məxrəcə gətirə bilmirlər"

Yazılar / kitablar


"Azərbaycan etnoqrafiyası". Üç cilddə. II cild. Cilddə xalqımız çoxəsrlik tarixə malik yaşayış məskənləri və yaşayış evləri, geyim və bəzəkləri, yeməkləri və içkiləri, nəqliyyat vasitələri kimi maddi mədəniyyət sahələri əhatəli şəkildə öz ə
Müəllif: Bələdçi
"Tom Filippin axtarılması". Hekayə. İngilis dilindən birbaşa tərcümə. Çevirəni: Fərqanə Zülfüqarova...
Müəllif: Stən Barstou
"Sevənlərə məktub". Fəlsəfi pıçıltılar silsiləsindən I Kitab. Müasir Azərbaycanın tanınmış şair-publisistin bu kitabına seçilmiş lirik-ictimai, satirik şeirləri daxil edilib...
Müəllif: İskəndər Etibar
Əsərləri". Poetik nümunələr və mənzum hekayələrdən ibarət bu kitab şairin yeganə divanı əsasında çapa hazırlanıb.
Müəllif: Məhəmməd Əmani