Münasibət

Nəsr


 

 

◊ Bahar müjdəsi (Təmsil).

19.03.2010 13:05

 Səhər quşların nəğməsilə açıldı. El arasında dadaçıq adlanan quş günəşi salamladı. Günəş isə havanı hərarətləndirdi, torpağı isitdi. Təbiət qış yuxusundan ayıldı. İlk ayılanlar novruzgülü və danaqıran çiçəyi oldu.

Qardan sonra meşənin gün tutan yerlərində gül açan novruzgülü:

- Baharın ilk müjdəçisi mənəm! - dedi.

Təpə və düzənliklərdə bitən danaqıran etiraz etdi.

- Sən gün döyən yerlərdə tək-tək bitirsən. Bir güllə bahar olmaz! Mən danaqıran isə bitdiyim əraziləri çiçəyə qərq edirəm. Baharın ilk müjdəçisi mənəm!

Bahar küləkləri çiçəklərin mübahisəsini ətrafa yaydı. Çiçəklərin səsinə qış yuxusuna getmiş ayı ayıldı. Qulaq verib söhbətin arxasını dinlədi.

Novruzgülü:

- Nə qədər gözəl görünsən də danaqıransan. - dedi. - Heyvanlkarı yazin gəlişinə inandırıb düzlərə sən çıxartmışdın. Sənə görə onlariı covğun qırdı.

- Haqsızlıq eləmə... Mən danaların ölümünü istəməmişdim. Baharın gəlişindən sevinib dağ-dərələri bəzəmişdim. Danalar özləri bilirdi ki, hələ onlar üçün yem yoxdu. Təbiətin seyrinə çıxmışdılar. Birdən covğun düşdü...

Ayı artıq ayılmışdı. Yenidən yuxuya getməyin mənasız olduğunu bilib:

- Mən ki dana deyiləm. - dedi və mağaradan çıxdı. - Covğun mənə nə edəcək?

O, hələ qış yuxusundan tam oyanmamış meşəni gəzdi. Qışın axırlarında çiçəkləyən zoğal ağacının altında oturdu. Bayaqkı söhbətin davamını zoğal çiçəklərindən eşitdi.

- Baharın müjdəçisi bizik! Qar altında çiçəkləyirik.

Hələ tumurcuq olan meyvə ağacları yerbəyerdən dilləndilər.

- Sənin çiçəklərin də, meyvələrin də yalandı. Yalançıdan müjdəçi olmaz. Əsl müjdəçi bizlərik. Hamımız eyni vaxtda çiçək açırıq. Meşələri, bağ-bağçaları gül-çiçəyə qərq edirik. Bol məhsul üçün zəmin yaradırıq.

Zoğal ətrafa ətir saçaraq:

- Niyə yalançı oluram! - dedi. - Məgər mən mövcud deyiləm!

Bir armud çiçəyi tumurcuqdan çıxdı.

- Yanındakı ayıya yazığım gəlir. O, tezliklə meyvə yemək istəyir. Səni çiçəkləmiş görüb yanında oturub. Elf bilir ki, sənin meyvələrin bütün ağacların meyvəsindən tez yetişəcək. Dadlı və ləzzətli olacaq. Sənsə bütün meyvələr soğulandan sonra yetişəcəksən. Turş və acı olacaqsan. Yazıq ayı ac qalacaq. Sən zahiri ğözəlliyinlə onu aldadırsan.

Ayı dərindən nəfəs alıb zoğalın ətrini ciyərlərinə çəkdi. Yerindən qalxıb kobud pəncələri ilə armudun budaqlarını sığalladı. Çiçəklərin mübahisəsini kəsmək üçün:

- Gözəl çiçəklər, siz hamınız baharın müjdəsisiniz! - dedi. - Sizsiz bahar olmaz! Mənim kimi ayıya görə isə narahat olmayın. Unutmayın ki, meşədə armudun yaxşısı ayıya qismət olur!

Müəllif: Quliyeva Nurlan.



Baxış: 154


Şərh etmək üçün qeydiyyatdan keçmək lazımdı. Əgər qeydiyyatdan keçməmisinizsə, bunu edə bilərsiniz.
Ləqəb
Şifrə
Şifrəni unutmusunuz?     Qeydiyyat



Menyu

  ◊   Əsas səhifə
  ◊   Haqqımızda
  ◊   Keçidlər/link
  ◊   Xəbər / Yazı
  ◊   Bloqlar
  ◊   e-Kitabxana
  ◊   Reklam
  ◊   Forum
  ◊   Əlaqə

Ən çox oxunan bloqlar


GÜLCE EDEBİYAT AKIMI/ ŞİİR-HABER-AKTÜEL
gulceedebiyat.kitabxana.net (9162)
Bahar Turkel
baharturkel.kitabxana.net (8641)
Neyratron lahiyəsi
farhadgate.kitabxana.net (8402)
Münasibət
nuraz.kitabxana.net (6197)
yazaraz
yazaraz.kitabxana.net (4879)

Yeni xəbərlər


Hacı Zeynalabdin Tağıyevin ölümündən 86 il keçir. "Məni o kişinin ayağının altında dəfn edin!..." Rəşid Əliyev: "Azərbaycan insanlarına İrana getməməyi tövsiyə edirəm"
Aydın Xan: "Azərbaycanda əhalinin 12-18%-i kitab oxuyur". "Azərbaycanda fransalı kabus dolaşır! "... Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimi keçirilib. V.Yusifli. "Təsəvvüf... İrfan poeziyasi...Yunis İmrə..
Mais Əlizadə. "Orxan Pamukun yeni kitabı avqustun 26-dan satışda". Əsərdən parçalar. Səməd Vurğunu Yazıçılar İttifaqının katibi vəzifəsindən niyə çıxardılar? Həmid Herisçi. "HAUSXOFFERİN QÖVSÜ"
Hamlet İsaxanlı: "Təhsillə bağlı müxtəlif qüvvələr var və onlar da maraqlarını ortaq məxrəcə gətirə bilmirlər"

Yazılar / kitablar


"Azərbaycan etnoqrafiyası". Üç cilddə. II cild. Cilddə xalqımız çoxəsrlik tarixə malik yaşayış məskənləri və yaşayış evləri, geyim və bəzəkləri, yeməkləri və içkiləri, nəqliyyat vasitələri kimi maddi mədəniyyət sahələri əhatəli şəkildə öz ə
Müəllif: Bələdçi
"Tom Filippin axtarılması". Hekayə. İngilis dilindən birbaşa tərcümə. Çevirəni: Fərqanə Zülfüqarova...
Müəllif: Stən Barstou
"Sevənlərə məktub". Fəlsəfi pıçıltılar silsiləsindən I Kitab. Müasir Azərbaycanın tanınmış şair-publisistin bu kitabına seçilmiş lirik-ictimai, satirik şeirləri daxil edilib...
Müəllif: İskəndər Etibar
Əsərləri". Poetik nümunələr və mənzum hekayələrdən ibarət bu kitab şairin yeganə divanı əsasında çapa hazırlanıb.
Müəllif: Məhəmməd Əmani