| 16.03.2010 13:05 |
|
Havadan bahar fəslinin ətri duyulur. Quşlar nəğməsilə, təbiət nəfəsilə yazın gəlişindən xəbər verir. El-obamızda bayram tədbirləri, novruz şənlikləri keçirilir. Hər yerdə olduğu kimi mən işlədiyim məktəbdə də bayram şənliyi keçirildi. Məktəbimizin bütün kollektivi tədbirdə iştirak etdi. Mənsə şənliyin rəsmi hissəsində iştirak etdim. Ancaq, əslində tədbirin ikinci hissəsində iştirak edib Elçin müəllimlə qeyri-rəsmi şəraitdə görüşmək istəyirdim. Onunla dərs ilinin əvvəlində müzakirə etdiyim bir məsələni aydınlaşdırmalıydım.
Dərs ilinin əvvəlində məktəbimizə cavan bir müəllim gəldi. Universiteti yenicə bitirmışdi. Təcrübəsiz olduğu aydın görünürdü. Kollektivə uyğunlaşa bilmirdi. İxtisasımız eyni olduğundan ona kömək etməyi qərara aldım. Bir müddət məsləhətləşdik. Onda bəzi zəif cəhətlərin olduğunu gördüm.
- Şagirdlərə zəif cəhətlərini bildirmə! - dedim.
Müəllim özündən razı halda:
- Narahat olmayın, mən çox sərtəm. - dedi.
Elə həmın vaxt sözlərimin səhv anlaşıldığını bildim. Mən əsasən onun savadını nəzərdə tuturdum. Çünki, şagird qarşısındakı müəllimin zəif olduğunu bildikdə ona hörmət etmir. Gənc müəllimimizə blmədilrini öyrənməyi, şagirdə haradasa zəif olduğunu hiss etdirməməyi məsləhət görmək istəyirdim. Alınmadı. O, məni tərsinə başa düşdü. Mənsə onun xətrinə dəyməmək üçün söhbəti uzatmadım.
Aradan xeyli vaxt keçdi. Bir gün məktəbin həyətində Elçin müəllimlə rastlaşdım. Əsəbi halda harasa gedirdi. Məni görüb dayandı.
- Elşin müəllim, sözlü adama oxşayırsınız. - dedim.
Elşin:
- Sizə bir söz demək istəyirəm.- dedi. - Sizdən icazəsiz işlərinizə, jurnallarınıza baxmışam...
- Əcəb etmisən. İcazəyə ehtiyac yoxdu.
- Siz şagirdlərə aşağı qiymətlər yazmışdınız. Nə yaxşı narazılığınız alınmır...
- Niyə narazılığımız alınmalıdı? Onlar necəyə layiq olduqlarını bilirlər.
Elçin:
- Sağ olun! - deyib getdi. Onun danışığından baş açmadım. Sonradan, o, bir müddət məktəbdə olmadı. Dərslərini mən əvəz etdim. Onun siniflərinə dərs deyəndə vəziyyətin nə yerdə olduğunu başa düşdüm. Gənc müəllim sinifdə özünü çox sərt aparmış, şagirdlərlə ünsiyyət qura bilməmişdi. Müəllim və şagird arasında konflikt yaranmışdı. Özümü günahkar hiss etdim. Yəqin ki, mən o vaxtlar susmasaydım iş bu yerə çatmazdı.
Bu gün isə həmin müəllimi şənlikdə görə bilərdim. Rəsmiyyətdən kənar bir yerdə onunla danışmaq istədim. Ancaq, həyətdə güclü yağış yağdığından şənliyə gecikirdim. Hətta aradabir getmək də istəmədim. Cünki, yağış həmışə əhvalımı korlayır. Bəzən mənə elə gəlir ki, o ya bir xoşagəlməz hadisə olduğunu, ya da olacağını xəbər vermək üçün yağır. Bu dəfə isə işlərin yaxşıliğa doğru dəyişəcəyinə ümid edib evdən çıxdım. Bağçada yenicə çiçəkləmiş zoğal ağacı diqqətimi cəlb etdi. Yağış çiçəklərin gözəlliyini daha da artırmışdı. Ağacın yağışdan islanmış tər çiçəkləri çox füsünkar görünürdü. Yağış sanki, göydən yerə nur kimi tökülürdü.
Şənliyə xeyli gecikdim. İcəri daxil olduqda şagirdlərim məni qapıda qarşıladılar...
Tədbir yüksək səviyyədə təşkil olunmuşdu. Burada müəllim, şagird və valideynlər arsında mehribançılıq vardı. Çiçəklərdən də gözəl görünən uşaqların isə təmiz və məsum çöhrələri sevgidən parlayırdı. Özlərini xoşbəxt hiss etdiklərindən onların daxili dünyasını görmək olurdu. Bir anlıq mənə elə gəldi ki, nağıllar aləminə düşdüm. Elşin müəllim yadımdan çıxdı.
- Arzu müəllim, indi sizin sirrinizi bildim. - Elçin müəllim idi. Stulu çəkib yanımda oturdu. - Deməli, şagirdləriniz sizi sevirlər... Nə desəniz qəbul edirlər.
- Düzdü...
- Onları çox istədiyiniz aydın hiss olunur. Qəribədi. Bu qədər şagirdi necə sevə bilirsiniz.
Məktəbi bitirmiş şagirdlərimi xatırladım. Onlar buradakılardan dəfələrlə çox idilər. Hamısının da xətrini istəyirdim.
- İnsanın sevgisi sonsuzdu. - dedim. - Uşaqların hər birinin gözəl tərəfləri var. Görə bilsəniz siz də sevərsiniz.
- Siniflərdə çətin uşaqlar var...
- Ailəmizdə də çətin uşaqlar olur. Şagirdlərimiz bizim övladlarımızdı. Onları öz uşaqlarımız kimi qəbul etsək sinifdə yaxşı ünsiyyət qura bilərik!
Elçin müəllim xeyli fikrə getdi.
- Uşaqlar, tər çiçəklərə bənzəyirlər. - dedi. - Onları soldurmaq günahdı! Səhvlərimi düzəltməyə calışacağam. Məktəbdə olmadığım müddətdə həqiqətən darıxdım. Bilmirəm onlar bu dəfə məni necə qəbul edəcəklər. Uşaqlara qarşı olan hislərimi deyə bilmərəm, axı!
- Sözə ehtiyac yoxdu. Onlar sizin davranışınızdan münasibətinizi başa düşəcəklər. Uşaqlar safdılar, kin saxlamağı bacarmırlar.
Elçin müəllim sinifdə yaşanan konflikti bildiyimi hiss edib məndən utandı. Mənsə mövzunu dəyişdim. Bu dəfə bir-birimizi düzgün başa düşdüyümüz üçün sevindim.
Müəllif: Quliyeva Nurlan
-
|
|
İstifadəçilərin qeydləri
|
|
 |
bəxtiyar |
18.05.2010 16:54 |
| qardaş sənə uğurlar.bir dənə də sualım var.deyin görüm quliyeva nurlan sizin adınızdır?bilirsiniz niyə soruşuram?"Quliyeva" da olan axırıncı "a" hərfi qadını adınız "Nurlan"isə oğlanı xatırladır.OLdu sizə uğurlar. |
|
|
Şərh etmək üçün qeydiyyatdan keçmək lazımdı. Əgər qeydiyyatdan keçməmisinizsə, bunu edə bilərsiniz.
|
|
Ən çox oxunan bloqlar
yazaraz
yazaraz.kitabxana.net (4879)
|